ELESMONT

Kitab rəfi

İki kitab bir yerdə: qrammatikanı oxuyun, çalışmaları birbaşa səhifədə həll edin və yoxlayın, dinləmə tapşırıqlarını eşidin. A1.1-dən C2.2-yə qədər 12 pillə, 470 dərs, 2 141 çalışma.

Necə istifadə etməli?

Çalışmanı həll etməkÇalışma kitabında hər çalışmanın solunda belə dəyirmi mavi düymə var. Ona toxunun: çalışma ayrıca pəncərədə açılır. Cavablarınızı yazın və „Yoxla“ düyməsini basın: proqram düzünü-səhvini göstərir.
səh. 888Qaydaya baxmaqÇalışmaların yanında məsələn: „səh. 888“ kimi altından qızılı xətt çəkilmiş yazılar var. Ona toxunanda qrammatika kitabının həmin səhifəsi açılır: qaydanı oxuyub çalışmaya qayıdırsınız.
Səhifədə qeyd etməkYuxarıdakı qələm ilə kitabın səhifəsinin üstünə barmaqla yaza bilərsiniz, marker ilə vacib cümlələri kağız kitabdakı kimi rəngləyə bilərsiniz. Qeydləriniz yadda qalır.
Düymələrin rəngiMavi: çalışmaya hələ başlamamısınız. Narıncı: başlamısınız, amma hələ bitməyib. Yaşıl: çalışma bitib, cavabların ən azı 80 %-i düzdür.
Dərslər
🛡 Moderator paneli
🗣 Danışıq otaqları
🤝 Yoldaş tap
🔁 Gündəlik təkrar
🎯 Səviyyə testi
📝 Sınaq imtahanları
İmtahan
👤 Profilim
Avropa Dilləri Akademiyası

Dili öyrən.
O dildə yaşa.

Alman dilini sıfırdan C2-yə qədər — dərslər, danışıq otaqları və real imtahan hazırlığı ilə. Hər pillə bir bacarıq, hər bacarıq zirvəyə bir addım.

12pillə · A1.1–C2.2
470dərs
2 141çalışma
∞pulsuz məşq imtahanı
Metod

12 pillə — bir zirvə

Hər pillə real bir bacarıqdır. Harada olduğunu, növbəti addımda nə edəcəyini həmişə görürsən. Zirvəyə qalxdıqca ad da məna qazanır.

A1.1
A1.2
A2.1
A2.2
B1.1
B1.2
B2.1
B2.2
C1.1
C1.2
C2.1
🚩C2.2
✓Özümü təqdim edirəm
✓Görüş təyin edirəm
✓Fikrimi əsaslandırıram
Kurslar

Nə öyrənmək istəyirsən?

✓Hazır
🇩🇪

Alman dili

A1–C2 · Goethe / telc / DTZ hazırlığı
Tezliklə
🇫🇷

Fransız dili

DELF · DALF
Tezliklə
🇪🇸

İspan dili

DELE
Tezliklə
🇮🇹

İtalyan dili

CILS · CELI
Tezliklə
🇳🇱

Holland dili

NT2 · Inburgering
➕

Daha çox Avropa dili

Portuqal, polyak, yunan… — növbəti dalğada
İçəridə nə var

Öyrənmək üçün hər şey bir yerdə

Hansı leveldəsən?

Özünü sına — səviyyə testi düz yerdən başlamağın üçün səni A1-dən C2-yə yerləşdirir.

Qrammatika + çalışma

İki kitab bir yerdə: oxu, çalışmaları səhifədə həll et, dərhal yoxla.

Dinləmə

Hər mövzuya dinləmə tapşırıqları — qulağını real alman dilinə öyrəşdir.

Onlayn dərs çalışma otaqları

Canlı otaqlarda birlikdə məşq et — tək qalmırsan, danışaraq öyrənirsən.

Yoldaş axtarma

Səviyyənə və məqsədinə uyğun həmsöhbət tap — birlikdə irəli getmək asandır.

Sınaq imtahanları

Goethe formatında real simulyasiya — sayğac, exam rejimi və nəticə analizi ilə.

Haqqımızda

ELESMONT nədir?

EuropeanLanguageEducationSpeakingModernOnlineNetworkTraining

ELES nə öyrətdiyimizi bildirir — Avropa dilləri və danışıq. MONT isə necə öyrətdiyimizi: müasir, onlayn və praktik. Loqodakı zirvə məqsəddir, tətbiqdəki 12 pillə ona aparan yoldur.

Müəllif — Rasim Bayramov

Zirvəyə ilk addımı at

Pulsuz başla — hesab lazım deyil. İstədiyin qədər məşq et.

Öyrənməyə başla